Millimizin Slovakiya ilə səfər matçında polşalı hakimlər
- 05 Sen 2024 15:15
- 139
UEFA Millətlər Liqasının 2-ci turunda keçiriləcək Slovakiya - Azərbaycan oyununun təyinatları bəlli olub.
Rekord.az xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Damian Silvestrjaka Pavel Sokolniçki və Adam Karaseviç kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.
Sentyabrın 8-də təşkil olunacaq Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.