Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin rəsmi oyunlara hazırlıq üçün heyəti açıqlanıb. 


Rekord.az xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub.


Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək.


Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.


1. Emin Kürdov - Araz-Naxçıvan

2. Rövşən Hüseynli - Astana (Qazaxıstan)

3. Fərid Abbasov - Baku Fire

4. Emil Həsənzadə - Neftçi İK

5. Xəzər Ağalızadə - Araz-Naxçıvan

6. Tofiq Mikayılov - Baku Fire

7. Kənan Manafov - Baku Fire

8. Oktay Rüstəmli - Baku Fire

9. Nihad İsmayılov - Baku Fire

10. Fərid Atakişiyev - Neftçi İK

11. Ülvi Əliyev - Araz-Naxçıvan

12. Mirzə Əmirov - Neftçi İK

13. Seymur Məmmədov - Klubsuz

14. Nurlan Mehdizadə - Baku Fire

15. Cavad Məmmədov - Baku Fire