İspaniyanın “Albasete” klubu yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi sözügedən komanda Sequnda təmsilçisi "Kastelyon"la üz-üzə gəlib.

Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar - 1:1. Millimizin yarımmüdafiəçisi bu oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin yenicə başlayan təlim-məşq toplanışında iştirak etmir. O, koronavirus səbəbindən İspaniyadakı vəziyyətin gərgin olduğunu bildirib və Bakıya gələ bilməyəcəyi üçün yığmanın baş məşqçi Canni De Byaziyə müraciət edib.

Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.