Millimizin Ukrayna ilə oyunu İspaniyada keçiriləcək
- 16 Okt 2023 17:00
- 579
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2025-in seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəyi oyunun stadionu bəlli olub.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda olacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.