Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin Kristina Besman Rusiyada növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Yenisey" doğma meydanda "Leninqradka" klubu ilə üz-üzə gəlib. 

Əvvələ keçirilmiş 14-cü tur çərçivəsində baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. Yalnız bir setdə fərqlənən Kristina və rəfiqələri meydandan 1:3 (27:29, 25:22, 17:25, 18:25) hesablı məğlubiyyətlə ayrılıblar. 

Komandasının xalsız qaldığı qarşılaşmada yığmamızın toppaylayıcısı 2 dəfə fərqlənib.