Koronavirus pandemiyasına görə Azərbaycanda mayın 4-nə qədər xüsusi karantin rejimi tətbiq edilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasınının üzvləri – Emin Mahmudov, Şahruddin Məhəmmədəliye, Emil Balayev, Ramil Şeydayev və Renat Dadaşov karantin müddətini necə keçirmələriylə bağlı AFFA-nın mətbuat xidmətinə açıqlama veriblər:

Emin Mahmudov: Vaxtımı daha çox uşaqlarımla keçirirəm. Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram.

Şahruddin Məhəmmədəliyev: Karantinin əsas üstünlüyü ailəmə daha çox vaxt ayırmağımdır – uşaqlarımla oynaya bilirəm.

Emil Balayev: Qida rasionuma xüsusi diqqət yetirirəm. İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm, çalışıram bol vitaminli meyvələrə üstünlük verim.

Ramil Şeydayev: Əsasən idman edirəm, formamı qorumağa çalışıram. Filmlər də izləyirəm. “Centlmenlər”ə baxmağı hamıya tövsiyə edirəm.

Renat Dadaşov: Məşq edirəm və ev işlərinin görülməsinə köməklik göstərirəm.