Millimizin üzvləri Türkiyədə məyus oldular
- 15 Fev 2021 15:09
- 883
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvləri Ayşən Abduləzimova və Nikalina Başnakovanın şərəfini qoruduqları "Sarıyer BLD" tur çərçivəsində "Yeşilyurt" klubu ilə üz-üzə gəlib.
Görüş voleybolçularımzın komandası üçün uğursuz alınıb. Doğma meydanda baş tutan matçda "Sarıyer BLD" rəqibindən bir set də ala bilməyib. 3 hissə davam edən oyunda meydan sahibləri quru hesabla uduzublar - 0:3 ().
Komandasının xalsız qaldığı qarşılaşmada blokçumuz Ayşən Abduləzimova 6 dəfə fərqlənib. O, bu xalların 4-nü hücumda, 2-ni isə blokda qazanıb. Hücumçumuz Nikalina Başnakova isə əvəzetmə ilə oynayıb. O, meydanda olduğu müddətdə xal qazanmayıb.