Millimizin üzvləri Xocalı faciəsinin qurbanlarını yad etdi
- 26 Fev 2020 23:11
- 706
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini yad ediblər.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, onlar bu gün Xətai rayonu ərazisində ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Qeyd edək ki, U-19 hazırda Bakıda təlim-məşq toplanışındadır.