Millimizin üzvü Almaniyada rekorda imza atdı
- 23 Okt 2019 14:43
- 854
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov formasını geyindiyi Almaniyanın “Ersgebirge” klubunun tarixinə düşüb.
Rekord.az “tag24.de” saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Aue təmsilçisinin tarixində ən çox penaltidən qol vuran oyunçu ünvanını qazanıb. “Ersgebirge”nin heyətində 12 dəfə penalti vurmaq imkanı qazanan Nazarov, bunlardan sadəcə 1-dən yararlana bilməyib.
Nazarov bununla da “Ersgebirge”nin sabiq üzvü Yorq Emmerixin rekordunu qırıb. 2003-2008-ci illərdə Aue klubunda forma geyinən Emmerix 10 dəfə penaltidən qol vurmuşdu.
Nazarov 2016-cı ildən “Ersgebirge”də çıxış edir.