Millimizin üzvü bir hissə oynadı, komandası uduzdu
- 31 Okt 2024 14:40
- 118
Albaniya çempionatında 11-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” “Laçi”nin qonağı olub və 0:2 hesabı ilə uduzub.
Start heyətdə meydana çıxan azərbaycanlı müdafiəçi fasilədə əvəzlənib.
"Eqnatiya" 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.