Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 21-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Bolton”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Serhat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

“Piterboro Yunayted” 21 turdan sonra 35 xalla 23 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.