Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu yarışın ilkin mərhələsinin 2-ci turun cavab oyununa çıxıb.

Monteneqronun "Luka BAR" kollektivi ilə ilk görüşdə quru hesablı qələbə ilə ayrılan voleybolçumuzun komandası cavab matçında da eyni uğuru təkrarlayıb. Doğma meydanda baş tutan görüşdə qonaqlara heç bir şans verməyən "Vasas" voleybolçuları 3:0 (25:10, 25:19, 25:16) hesabı ilə qələbə qazanıblar.

Bu qələbə ilə Macarıstan təmsilçisi adını üçünüc mərhələyə yazdırıb.

"Vasas"ın mərhələ adladığı qarşılaşmada əsasən əvəzedici heyətə oynamaq şansı verildiyindən Abduləzimova meydana çıxmayıb.