Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas" klubu 2-ci turda Rumıniyanın "Alba" kollektivi ilə üz-üzə gəlib.

Doğma meydanda baş tutan görüş "Vasas" üçün uğursuz alınıb. 4 set davam edən matçda Ayşən və rəfiqələri 1:3 hesabı ilə uduzublar.

Komandasının xalsız qaldığı turda Abduləzimova 5 dəfə fərqlənib. Millimizin üzvü 4 dəfə hücumda, 1 dəfə eyslə məyus edib.

Qeyd edək ki, D qrupunda yer alan "Vasas" keçirdiyi hər üç oyunda məğlub olub. Komanda bir xalla qrupda sonuncu pillədəir.