Millimizin üzvü çox çalışsa da, komandası məğlub oldu
- 23 Noy 2020 16:31
- 779
Türkiyədə qadın voleybolçular arasında ölkə birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının bu ölkədə çıxış edən üzvü Ayşən Abduləzimova bu dəfə məğlub olub.
Təcrübəli blokçumuzun şərəfini qoruduğu "Sarıyer BLD" 18-ci tur çərçivəsində "Qalatasaray" ilə üz-üzə gəlib. Doğma meydanda keçirilən görüş voleybolçumuzun komandası üçün yaxşı başlamayıb. Oyuna daha yaxşı başlayan rəqib üstünlüyünü sonadək qoruyub. 3 hissə davam edəm qarşılaşmada Ayşən və rəfiqələri quru hesabla uduzublar - 0:3 (16:25, 18:25, 12:25).
"Sarıyer BLD"nin setsiz məğlub olduğu oyunda yığmamızın üzvü uğurlu oyunu ilə yadda qalıb. Qonaqları 8 dəfə məyus edən Abduləzimova bu xalların hamısını hücumda qazanıb.