Millimizin üzvü daha bir il Braziliya klubunda
- 08 Avq 2020 00:25
- 1060
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimovanın yeni mövsümdə çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz karyerasını yenidən Braziliyada davam etdirəcək.
Təcrübəli voleybolcumuzun "Sesi Volei Bauru" klubu ilə yenidən razılığa gəlib.
Qeyd edək ki, Rəhimova son mövsümdə də bu komandanın formasını geyinib və uğurlu oyunu ilə yadda qalıb.