Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Dünya Kubokunda mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Mili Paralimpiya Komitəsi məlumat yayıb.

Ağayeva BC2 kateqoriyasında yarışacaq.

Qeyd edək ki, Portuqaliyanın Povoa de Varzim şəhərində keçiriləcək Dünya Kubokuna bu gün start veriləcək.