Millimizin üzvü "Gəncə" klubunda
- 07 İyn 2024 14:52
- 388
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu daha iki oyunçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, Gəncə şəhərinin təmsilçisi millimizin liberosu Yuliya Kərimova və hücumçu Nərminə Musayevanı heyətinə qatıb.
Hər iki voleybolçu ən azı 2024/2025 illər mövsümündə komandanın uğurları üçün çalışacaqlar.
Qeyd edək ki, "Gəncə" klubu ötən mövsüm yaradılıb və Azərbaycan çempionatında debüt edib. Komanda Yüksək Liqada çıxış etdiyi ilk ilində dördüncü yeri tutub.