Millimizin üzvü komandasının qələbəsində pay sahibi oldu
- 28 Fev 2022 12:02
- 502
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Kristina Rusiyada növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tuliça" 20-ci turda "Yenisey"i qəbul edib.
Görüş gərginliyi ilə yadda qalıb. Voleybolçumuzun komandası ilk setdə uduzsa da növbəti iki hissəni qalib başa vurub. Bundan sonra Qonaqlar ümumi hesabı bərabərləşdirə bilib - 2:2. Həlledici setdə isə daha dəqiq oynayan meydan sahibləri qarşılaşmadan 3:2 (15:25, 25:16, 25:21, 18:25, 15:12) hesablı qələbə ilə ayrılıb.
Tula təmsilçisinin çətinliklı qalib gəldiyi görüşdə toppaylayıcımız 4 dəfə fərqlənib. Yığmamızın üzvü xalların 2-ni hücumda, 2-ni isə eyslə qazanıb.