
Millimizin üzvü kubokda qələbəyə sevindi
- 15 Fev 2025 14:01
- 90
Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HJK komandası ölkə kubokunda növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Helsinki təmsilçisi A qrupunun 4-cü turu çərçivəsində “Mariehamn”ı qəbul edib.
Görüş HJK-nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydana start heyətində çıxan Ozan Can 74-cü dəqiqədə - hesab 1:1 olarkən əvəzlənib.
Helsinki təmsilçisi bu nəticədən sonra 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qrup mərhələsinin son turunda HJK səfərdə KTP-nin qonağı olacaq. Qələbə qazanacağı təqdirdə, Ozan Canın komandası yarımfinala yüksələcək.