Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Şəfaqət Alışanovanın yeni klubunun adı bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli oyunqurucumuz 2022/23 illər mövsümündə Macarıstan çempionatında mübarizə aparacaq.

Toppaylayıcımız Macarıstanın "MAV Elore SC" klubunun şərəfini qoruyacaq. Alışanova yeni klubu artıq müqavilə də imzalayıb. O, ən azı bir il bu komandanın uğurları üçün çalışacaq.