Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" ölkə kubokunun finalında "Fatum"la üz-üzə gəlib.

Gərgin keçən final qarşılaşması "Vasas"ın üstünlüyü ilə bitib. Ayşən və rəfiqələri 4 hissə davam edən həlledici matçda rəqiblərini 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesabı ilə məğlub ediblər. Bu qələbə ilə voleybolçumuzun komandası Macarsıtan kubokunu başı üzərinə qaldırıb.