Millimizin üzvü Macarıstanda məğlub oldu
- 27 Yan 2020 10:34
- 1019
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Şəfaqət Alışanova Macarıstan çempionatnda növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun şərəfini qoruduğu "Jaszbereny" səfərdə "Bekescsabai" ilə qarşılaşıb.
Oyun voleybolçumuzun komandası üçün uğursuz alınıb. Qarşılaşmada yalnız bir set qazana bilən Şəfaqət və rəfiqələri 1:3 (15:25, 25:13, 19:25, 15:25) hesabı ilə məğlub olublar.
Komandasının xalsız qaldığı oyunda yığmamızın üzvü 3 dəfə fərqlənib. Alışanova xalların hamısını hücumda qazanıb.