Azərbaycanın voleybolçu kişilərdən ibarət yığmasının üzvü Dmitri Obodnikovun karyerasını davam etdirəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuz 2019/2020 illər mövsümündə İsraildə çıxış edəcək.

32 yaşlı voleybolçumuz "Maccabi Hod Hasharon" klubu ilə razılığa gəlib. Obodnikov mövsümün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq.