Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” də bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Dover”lə qarşılaşıb. 3:0 hesablı qələbəyə sevinən futbolçumuzun komandası növbəti mərhələyə vəsiqə qazanıb.

Serhat da bu görüşün iştirakçısı olub. O, 82-ci dəqiqədə meydana buraxılıb.