Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nikolina Boşnakova Macarıstanda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Szent Benedek" 2-ci turda "Békéscsaba" klubu ilə qarşılaşıb.

Görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. Nika və rəfiqələri 3 hissə davam edən matçda quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (11:25, 23:25, 18:25).

Komandasının xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü əvəzetmə ilə oynayıb. O, meydanda olduğu qısa müddətdə xal qazanmayıb.