Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının daha bir üzvü ölkə xaricində çıxış edəcək. "Rekord.az" xəbər verir ki, blokçumuz Anastasiya Mertsalova karyerasını Qazaxıstanda davam etdirəcək.

21 yaşlı orta oyunçumuz Qazaxıstanın "Aikarakoz" klubu ilə müqavilə bağlayıb. Voleybolçumuz ən az bir il yeni klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, Mertsalova son mövsümü Bakının "Azərreyl" klubunda keçirib.