Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 14-cü turda "PTT" ilə qarşılaşıb. 

Rəqib meydanın təşkil olunan görüş blokçumuzun komandası üçün yaxşı başlamayıb və meydan sahibləri ilk setdə qalib gəliblər. Lakin bundan sonra təşəbbüsə yiyələnən Adana təmsilçisi növbəti hissələri aktivinə yazmaqla matçdan 3:1 (22:25, 25:23, 25:20, 25:19) hesablı qələbə ilə ayrılıb.

Komandasının növbəti xallarını qazandığı görüşdə yığmaızın üzvü əvəzetmə ilə oynayıb. Xarçenko meydanda olduğu qısa müddətdə fərqlənməyib.