Rusiya çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Yenisey" 9-cu turda "Dinamo Moskva" ilə qarşılaşıb.

Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. 3 set davam edən qarşılaşmada "Yenisey" 0:3 (21:25, 19:25, 17:25) hesabı ilə məğlub olub.

Komandasının quru hesabla uduzduğu matçda yığmamızın üzvü iki xal qazanıb. Besman bir dəfə hücumda, bir dəfə isə blokda fərqlənib.

Qeyd edək ki, "Yenisey" 17 xalla 6-cı pillədə qərarlaşıb.