Voleybçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "CSM Lugoj" 3-cü turda "CSU Medicina" kollektivi ilə qarşılaşıb. 

Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set davam edən matçda Liza ve rəfiqələri quru hesablı qələbəyə seviniblər - 3:0 (25:18, 25:15, 25:19).

Komandasının növbəti qələbəsini qazandığı oyunda millimizin üzvü 10 dəfə fərqlənib. Ruban bu xallardan 7-ni hücumda, 3-nü isə blokda qazanıb.