Rusiya çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman növbəti oyununa çıxıb. “Rekord.az” xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi “Yenisey” 7-ci turda “Sparta” ilə üz-üzə gəlib.

Doğma meydanda baş tutan görüş “Yenisey”in üstünlüyü ilə keçib. Kristina və rəfiqələri bu matçda quru hesablı qələbəyə seviniblər – 3:0 (25:22, 25:18, 25:18).

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada yığmamızın toppaylayıcısı 3 dəfə fərqlənib. Besman bu xallardan 2-ni hücumda, 1-ni isə blokda qazanıb.

Qeyd edək ki, xallarının sayını 13-ə çatdıran “Yenisey” turnir cədvəlində bir neçə pillə yüksələrək 5-ci yerdə qərarlaşıb.