
Millimizin üzvü Rusiyada növbəti oyununa çıxıb
- 11 Dek 2024 14:00
- 509
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekrod.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Yenisey" 13-cü turda "Tuliça" klubu ilə üz-üzə gəlib.
Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandası üçün yaxşı keşməyib. 4 set davam gərgin matçda Kristina və rəfiqələri 1:3 (22:25, 25:20, 24:25, 25:27) hesabı ilə uduzublar.
Komandasının yenə xalsız qaldığı qarşılaşmada yığmamızın oyunqurucusu bir dəfə fərqlənib.