Millimizin üzvü Rusiyada növbəti qələbəyə sevinib
- 14 Fev 2022 14:15
- 551
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Tuliça" 18-ci turda "Leninqradka" klubunu qəbul edib.
Görüş gərgin başlayıb. Hər hansı komandanın açıq üstünlüyünün müşayiət olunmadığı ilk setdə meydan sahibləri qələbə qazanıblar. Voleybolçumuzun komandası təşəbbüsü sonadək qoruya bilib. 3 hissə davam edən matçda Tula təmsilçisi 3:0 (25:23, 25:22, 25:21) hesablı qələbəni bayram edib.
Komandasının üç xal qazandığı qarşılaşmada yığmamızın üzvü 4 dəfə fərqlənib. Besman xalların hamısını blokda qazanıb.