Rusiyada çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisininü üzvü Kristina Besman növbəti oyununu keçirib. "Rekrod.az" xəbər verir ki, oyunqurucumuzun şərəfini qoruduğu "Yenisey" 21-ci turda "Uraloçka" klubunu qəbul edib. 

Görüş qonaq komandanın üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Kristina və rəfiqələri quru hesabla (0:3, 16:25, 19:25, 25:27) uduzublar. 

Komandasının xalsız qaldığı görüşdə yığmamızın toppaylayıcısı 3 dəfə fərqlənib. Besman bu xallardan 2-ni hücumda, 1-ni isə blokda qazanıb. 

Qeyd edək ki, "Yenisey" 26 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.