Millimizin üzvü “Trabzonspor”un hədəfində
- 28 Dek 2019 17:20
- 772
Türkiyənin “Trabzonspor” klubu “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadəni transfer etmək istəyir.
Rekord.az “61saat.com” saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçini izləyən Qaradəniz təmsilçisi onu transfer etməyə qərar verib.
“Trabzonspor”un Səbuhi üçün “Sumqayıt”la danışıqlar apardığı bildirilir.
“Sumqayıt”la bu mövsüm 12 oyuna çıxan Səbuhi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvüdür.