Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının lideri Elçin Əsədov Türkiyənin “Salcano Sakarya” kontinental klubuna keçib.

Rekord.az xəbər verir ki, bununla bağlı qardaş ölkə təmsilçisi “Can Azerbaycan'dan kardeşimiz Elçin Asadov yeni takımına hoş geldin” başlığı ilə sosial media hesablarında paylaşım edib.

2020-ci ili “Bahrain Cycling Academy” kontinental komandasının heyətində keçirən Əsədova Bəhreyn təmsilçisindən daha 1 illik müqavilə təklif edilsə də, onun olimpiadaya daha yaxşı hazırlıq şərtləri səbəbindən seçimi Türkiyə klubu olub.

Qeyd edək ki, Elçin Əsədov Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.