Millimizin üzvü Türkiyə klubunda debüt etdi
- 14 Yan 2024 19:35
- 226
Azərbaycanlı futbolçu Sertan Taşkın "Manisa"da debüt edib.
Rekord.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasında 18-ci turun “Kocaelispor"la ev oyununun iştirakçısı olub.
O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Görüş “Manisa”nın 2:1 hesablı qələbəsiylə başa çatıb.
"Manisa" hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb.