Voleybolçu qadınlardan ibarət AZərbaycan millisinin üzvü Ayşən Abduləzimova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Sarıyer BLD" 12-ci tur çərçivəsində "Karayolları" ilə üz-üzə gəlib. 

Doğma meydanda baş tutan görüş "Sarıyer BLD" üçün uğurlu alınıb. Oyuna yaxşı başlayan Ayşən və rəfiqələri təşəbbüsü sonadək qoruyublar. 3 hissə davam edən matçda voleybolçumuzun komandası quru hesablı qələbəni bayram edib - 3:0 (25:15, 26:24, 25:20).

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada millimizin üzvü 9 xal qazanıb. Abduləzimova qonaqları 5 dəfə hücumda, 3 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.