Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenko Ukrayna çempionatında çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Prometey" Super Liqanın çempionu adını qazanıb.

Finalda voleybolçumuzun komandası "Alanta" klubu ilə qarşılaşıb. Üç qələbəyədək davam edən seriyanın ilk iki görüşündə "Prometey" 3:0 hesablı qələbələr qazanıb. Növbəti matçda həlledici olub. Bu oyunda da Olena və rəfiqələri quru hesablı qələbə qazanıblar və qızıl medallara sahib çıxıblar.

Qeyd edək ki, Xarçenko "Prometey"lə bu mövsüm Ukrayna kubokunun da qalibi olub.

Ukrayna çempionatı
Final

I oyun
   "Prometey" - "Alanta" 3:0 (25:19, 26:24, 25:14)
II oyun
   "Alanta" - "Prometey" 0:3 (24:26, 19:25, 12:25)
III oyun
   "Prometey" - "Alanta" 3:0 (25:12, 25:15, 25:11)