3x3 basketbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin Dünya Qadın Seriyasının “Orlean” mərhələsindəki rəqibləri bilinib.

Rekord.az xəbər verir ki, yarış 23-24 iyun tarixlərində Fransanın Orlean şəhərində keçiriləcək.

Azərbaycan millisi C qrupunda ABŞ və “Yuanda” (Çin), “Neftçi” isə A qrupunda Kanada və İtalya milliləri ilə üz-üzə gələcək. “Neftçi” ilk oyununu Kanadaya, yığma isə ABŞ seçməsinə qarşı keçirəcək.

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.