3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsində Azərbaycanın qadın millisinin və "Neftçi" nin qrupları və oyun təqvimləri müəyyənləşib.

Rekord.az xəbər verr ki, 4-5 avqust tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində 14 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Praqa mərhələsində iştirak edəcək qadın millimiz qruplara qalmaq üçün İsveçrə və Çili yığmaları ilə təsnifat oyunları keçirəcək. 

Təmsilçimiz "Neftçi" isə C qrupunda Litva və Latviya milliləri ilə mübarizə aparacaq. Qadın millimiz ilk təsnifat oyununu 4 avqust Bakı vaxtı ilə saat 13:00-da İsveçrə millisinə qarşı, "Neftçi" klubu isə qrupda ilk oyununu 4 avqust Bakı vaxtı ilə saat 15:40-da Latviya seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.