
Millimizin Xorvatiya sınağı
- 27 Mar 2025 10:46
- 78
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının əsas mərhələsində ikinci oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, komandamız Xorvatiyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Komandamız ilk oyununu ötən gün Bosniya və Herseqovinaya qarşı keçirib və 2:10 hesabıyla uduzub.
Xorvatiya - Azərbaycan
27 mart. Omiş. Ribnjak İdman Sarayı. Saat 22:00
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)