Millimizin Xorvatiya və Avstriya ilə oyunlar üçün heyəti açıqlandı
- 21 Avq 2021 16:40
- 507
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 24 oyunçuya dəvət göndərib.
Yığma 22-29 avqustda Bakıda təlim məşq toplanışı keçəcək. “Neftçi”dən dəvət olunan Mert Çelik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 2-də Xorvatiyanın, sentyabrın 7-də isə Avstriyanın qonağı olacaq.
1. Nicat Mehbalıyev - Qəbələ
2. Rüstəm Samiqullin - Sabah
3. Əkpər Vəliyev - Keşlə
4. Rauf Hüseynli - Zirə
5. Arsen Ağcabəyov - Sabah
6. Rüfət Əhmədov - Qəbələ
7. Bəşir Ayralov - Zaqatala
8. Cəlal Hüseynov - Zirə
9. Mert Çelik - Neftçi
10. Elçin Mustafayev - Keşlə
11. Səbuhi Abdullazadə - Sumqayıt
12. Asim Əlizadə - Neftçi
13. Şakir Seyidov - Sabah
14. Ədilxan Qarəhmədov - Səbail
15. Veysəl Rzayev - Sabah
16. Fərid Yusifli - Neftçi
17. Turan Vəlizadə - Keşlə
18. Rüfət Abdullazadə - Sumqayıt
19. Vüsal Əsgərov - Neftçi
20. İsmayıl Zülfüqarlı - Neftçi
21. Camal Cəfərov - Sabah
22. Kamran Quliyev - Sabah
23. Musa Qurbanlı - Qarabağ
24. İbrahim Hüseynov - Qarabağ