Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq.

Rekord.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Səudiyyə Ərəbistanı yığma komandası ilə 4 yoldaşlıq oyunu keçirəcək.

Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında keçiriləcək oyunlar 25, 26, 28, və 29 iyulda təşkil olunacaq. Oyunlar 18:00-da başlayacaq. 

Hazırlıq prosesinə cəlb olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
 
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
 
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Kamran Qürbətov
Amid Nəzərov