Futbol üzrə Slovakiya yığmasının müdafiəçisi Kristian Vallo UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçu Slovakiya yığmasında debüt etdiyi və 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“Debütümə görə xoşbəxtəm. Amma qalib gəlmədiyimiz üçün məyusuq. Birinci hissədə sıx oynadıq, daha çox cinahlardan hücum qurmağa çalışdıq. Bir neçə şansımız oldu. Rəqib isə yeganə imkanı qola çevirdi. Fasilədən sonra daha yaxşı çıxış etdik, hətta bərabərik topunu da vurduq. Ancaq sonda uğursuz şəkildə ikinci qolu buraxdığımız üçün təəssüflənirik”.