Millimizlə oyun öncəsi macarlara ciddi itkilər
- 07 Okt 2019 16:20
- 704
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsindəki rəqibi Macarıstan yığmasında zədə epidemiyası davam edir. Oktyabrın 10-da Xorvatiya, üç gün sonra isə Azərbaycan millisi ilə qarşılaşacaq macarların heyətində bir çox itkilər var.
Rekord.az xəbər verir ki, Mater Patkayın ardından macarlar daha bir futbolçunu da itirib.
Belə ki, Dominik Sobolai zədələnərək sıradan çıxıb. “Zalsburq”un futbolçusu millinin düşərgəsinə gəlməyəcək. O, Avstriyada qalaraq müalicə olunacaq. Bu iki futbolçu ilə yanaşı Kristian Tamaş və Barnabaş Beşenin də Azərbaycan millisinə qarşı oynaması sual altındadır.
Macarıstan yığmasının heyətində Adam Naqi və Boton Barat cəzalı olduğundan Xorvatiya ilə oyunu buraxacaq. Macarıstan yığmasının baş məşqçisi son durum haqda yerli federasiyanın rəsmi saytına belə danışıb: “Hazırkı vəziyyəti ideal adlandırmazdım. Amma buna görə qəzəblənmək də bizə heç nə verməyəcək. Bizim işimiz oynayacaq futbolçuları ideal vəziyyətdə matça hazırlamaqdır”.