Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Lüksemburq yığması hazırlıq matçında qüvvəsini sınayacaq.

Rekord.az xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Saarbrükken"lə qarşılaşacaq.

Bu barədə Lüksemburq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Sentyabrın 1-də keçiriləcək görüşün yeri barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan və Lüksemburq yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 5-də Bakıda, ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda olacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də qərarlaşıb.