Millimizlə oyundan öncə iki ciddi itki
- 02 Sen 2020 15:21
- 653
Futbol üzrə Lüksemburq yığması UEFA Millətlər Liqasının Azərbaycanla oyunu öncəsi ciddi itkilərlə üzləşib.
Rekord.az "Wort.lu" saytına istinadən xəbər verir ki, yığmanın aparıcı futbolçularından Vinsent Till Almaniyanın 3-cü liqa təmsilçisi "Saarbrükken"lə yoxlama matçında (0:0) zədələnib.
20-ci dəqiqədə meydanı tərk edən hücumameylli yarımmüdafiəçinin sentyabrın 5-də Bakıdakı görüşdə oynayıb-oynamayacağı sual altındadır. 20 yaşlı oyunçu ilə yanaşı, portuqaliya əsilli Jerson Rodriqes də xəstə olduğu üçün qarşıdakı matçı buraxa bilər.
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər arasındakı ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda baş tutacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.