Millimizlə oyunu buraxacaq
- 18 Noy 2019 12:19
- 924
AÇ-2020-nin seçmə qrup mərhələsinin son oyunu çərçivəsində Azərbaycanı qəbul edəcək Slovakiya yığması itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, dünən qrupun Xorvatiya ilə səfər görüşünün 66-cı dəqiqəsində qırmızı vərəqə alan Robert Mak yığmamızla qarşılaşmanı buraxacaq.
Riekada keçirilən dueldə dünya ikincilərinə 1:3 hesabı ilə məğlub olan Pavel Hapalın komandası qitə çempionatının final mərhələsinə yollanmaq üçün mütləq Azərbaycana qalib gəlməli, eyni zamanda Uels - Macarıstan görüşünün nəticəsini gözləməlidir.
Slovakiya - Azərbaycan matçı noyabrın 19-da Trnava şəhərində, Bakı vaxtilə saat 23:45-də başlayacaq.