Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin sabiq baş məşqçisi Covanni Kaprara özünə yeni iş yeri tapıb. "Rekord.az" xəbər verir ki, italiyalı mütəxəssis Niderland yığması ilə razılığa gəlib.

Təcrübəli mütəxəssis ilk olaraq 2020-ci ilin yanvarında Niderlandda keçiriləcək Olimpiya təsnifat turnirində bu ölkənin seçmə komandasını meydana çıxacaraq. Həmin yarışda Niderlandın rəqibləri Azərbaycan millisi ilə yanaşı, Polşa və Bolqarıstan kollektivləridir. Bu komandalar A qrupunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Covanni Kaprara son mövsümü Azərbaycan millisinin sükanı arxasında keçirib və uğurlu nəticə qazana bilməyib.