Millimzin sabiq üzvü sıraya döndü
- 16 Mar 2024 17:40
- 214
Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov xəstəlikdən sağalıb.
Rekord.az xəbər verir ki, Almaniyanın “Dinamo” komandasında çıxış edən hücumçu artıq kollektivə qoşulub.
Bunu baş məşqçi Dirk Kunert açıqlayıb. O bildirib ki, cari mövsüm 14 qolla komandanın ən məhsuldar oyunçusu olan Dadaşov Regional Liqanın 26-cı turunda “Çemnitzer”lə keçiriləcək oyunda meydanda olacaq: “Dadaşov səhhətindəki problemə görə ötən turdakı matçımızı buraxmışdı. Ancaq indi bizimlə birlikdədir və növbəti görüşə hazırdır”.